!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ottavada 26 fevral Anım Günü elan edildi

!Reklam – Yazi

Kanadanın paytaxtı Ottava şəhərində 26 fevral 2023-cü il tarixi Xocalı faciəsi qurbanlarının Anım Günü elan olunub.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı Ottava şəhərinin meri Cim Vatson (Jim Watson) müvafiq qərar imzalayıb.

Proklamasiyada qeyd olunur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin azərbaycanlı qarşı törətdiyi cinayət nəticəsində 613 dinc sakin, o cümlədən qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilib.

Şəhər meri sənəddə Xocalı Soyqırımının 31-ci ildönümündə Kanadada yaşayan Azərbaycan icmasının kədərinə şərik olduğunu qeyd edib. O, soyqıqım qurbanlarının və Birinci Qarabağ müharibəsində Azərbaycanın bütövlüyü uğrunda canından keçən həmvətənlərimizin xatirəsinin əbədi yaşayacağını qeyd edib.

www.yenicag.az

287
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv