Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Övladı olmayan ailələrə şad xəbər

Azərbaycanda gələn ildən ekstrakorporal (süni) mayalanmanın limitli şəkildə icbari tibbi sığorta sisteminin xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur.

Bu barədə Yenicag.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, orqan transplantasiyası xidmətinin də limitli şəkildə xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur.

Hazırda bununla bağlı qiymətləndirmələr aparılır.

Xidmətlər paketinə əlavələr əhalinin müraciətləri nəzərə alınmaqla edilir.

Hazırda isə icbari tibbi sığorta Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilir. Pilot layihə bu ilin sonuna qədər davam edəcək.

Qeryd edək ki, 2019-cu ildə xəstəxanaların icbari tibbi sığorta sisteminə keçidi üçün bütün hazırlıq işlərinin başa çatdırılması, 2020-ci ildən ölkə üzrə icbari tibbi söğorta sisteminin tətbiqinə başlanılması nəzərdə tutulur.

www.yenicag.az

5066
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM