!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Övladına GOR QAZANLAR: “4 yaşında uşaq "ANA OLACAM" dedi” – Ekspertdən QAN DONDURAN AÇIQLAMA

!Reklam – Yazi

“Ailənin nə qədər dəyərli olduğunu anladıqdan, onun məsuliyyətini dərk etdikdən sonra nikah kəsilməlidir”.

Bunu yeni doğulan uşaqların zibilliyə atılmasının kökündə duran səbəblərin psixoloji tərəflərini şərh edərkən psixoloq Gülnar Orucova Yenicag.az-a açıqlamasında deyib.

 

O, belə hallarla qarşılaşmamaq üçün təhsilin və maariflənmə işlərinin önəmindən danışıb:

“Uşaqlarını küçəyə atan valideyinlərin çoxu ya azyaşlı, ya da nikahı olmayanlardır. Ana ilə övlad arasında yaş fərqi 18-20-ni aşmalıdır. Təəssüflər olsun ki, erkən ailə quran qızların əksəriyyəti öz yeniyetməlik, gənclik dönəmini yaşamadığı üçün övladından imtina edir. Yəni onlar keçici hislərin qurbanı olub, uşaq dünyaya gətirilər. Uşaq doğulduqdan sonra isə onu küçəyə atırlar. Halbuki normal düşünən beyin uşağı küçəyə atmaq yerinə onu dövlətin himayəsinə verməlidir.

Seanslarıma gələn 4-5 yaşlı uşaqdan böyüyəndə kim olacağını soruşduqda “ana olacam” cavabını verir. Görün valideyn necə bir vəziyyət yaradıb ki, uşaq ana olmağı özünə peşə seçib. Ana olmaq peşə sahibi olmaq demək deyil. Buna görə də günahı övladını atan anaların valideyinlərində görürəm. Çünki valideyn onu elə böyütməliydi ki, övladını özündən artıq sevsin.

İnsan sevdiyi heç bir şeyi küçəyə atmaz. Əksinə ona sahiblənər və qoruyar. Qızlar ilk növbədə təhsil almalı və maarifləndirilməlidir. Ümumiyyətlə, ailənin nə qədər dəyərli olduğunu anladıqdan, onun məsuliyyətini dərk etdikdən sonra nikah kəsilməlidir”.

Sadiq Cavadov

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv