!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Övladlığa uşaq götürmək üçün müraciət edənlərin sayı açıqlandı

!Reklam – Yazi

“2019-cu ilin noyabrın 1-dən indiyədək 643 şəxs övladlığa uşaq götürmək üçün müraciət edib”.

Yenicag.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev deyib.

O bildirib ki, bu gün müraciət edən vətəndaşlar daha məlumatlıdırlar.

Departament müdiri vurğulayıb ki, övladlığagötürmə ilə bağlı tələblər Ailə Məcəlləsinə görə tənzimlənir: “Ən ciddi qadağalardan biri vətəndaşın sağlamlığı ilə bağlı məsələdir. Bundan başqa, əmək fəaliyyəti olmayan şəxslərə də uşaq verilmir. Çünki onun özünün qəyyuma ehtiyacı var. Eyni zamanda valideyn hüquqlarından məhrum edilən şəxslər, məhkumluq həyatı yaşayanlar, yaşayış minimumu həcmində (210 manat) gəliri olmayanlar, yaşı 25-dən aşağı olanlar övladlığagötürmə ilə bağlı müraciət edə bilməz. Həmçinin əcnəbi vətəndaş Azərbaycanda övladlığa uşaq götürmək istəyirsə, qanunvericiliyin tələbi ilə nikahda olmalıdır. Subay əcnəbi şəxs övladlığa uşaq götürə bilməz”.

www.yenicag.az

257
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv