!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Oxatanlarımız Belarusda keçirilən turnirə uğurla başladılar

!Reklam – Yazi

İkinci MDB oyunları çərçivəsində Belarusun Moqilyov şəhərində kamandan oxatma üzrə yarışlara start verilib.

Yenicag.az xəbər verir ki, ölkəmiz bu turnirdə 2 qız və 3 oğlanla təmsil olunur.

Oxatanlarımız turnirə uğurla başlayıblar. Belə ki, yarışın ilk günü idmançılar sıra atışlarını yerinə yetiriblər və yekun nəticədə komanda yarışlarını kişilər 4-cü yerdə, Mix komanda yarışlarını isə 3-cü yerdə bitiriblər.

Kişilər arasında komanda yarışında Muhammədəli Əliyev 8-ci, Anar Cavadzadə 15-ci və Zahid Kazımzadə 18-ci yerdə olub. Qadınlar arasında Fatimə Hüseynli 8-ci, Sevin Qəhrəmanzadə 15-ci yerdə olub.

Mix komanda yarışında Muhammədəli Əliyev və Fatimə Hüseynli 3-cü yeri tutub.

www.yenicag.az

316
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv