!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Oyaq vəziyyətdə “boğulmaq”, QARABASMALAR: Xurafat, yoxsa... – ARAŞDIRMA

!Reklam – Yazi

Bəzən gecə yuxudan oyanırıq və fərqinə varırıq ki, bədənimiz kilidlənib. Nə hərəkət edə, nə də danışa bilirik. Dünya insanlarının əksəriyyəti bu yuxu problemini bir dəfə də olsa, yaşayıb. Əksəriyyətimiz o prosesi qarabasma adlandırır, bəziləri də bunun sadəcə bir xurafat olduğunu düşünür.

Bəs qarabasmalar elmi cəhətdən var, yoxsa sadəcə insanların uydurmasıdır?

Yenicag.az xəbər verir ki, dünya alimləri qarabasma anlayışının elmdə adı keçməyən “varlıq” olduğuna inanır. Yəni biz həqiqətən də, bir neçə dəqiqəlik öz bədənimizə həbs oluruq və hərəkət edə bilmirik. Amma bunun elmi bir açıqlaması yoxdur.

Hər millətin qarabasma üçün fərqli açıqlaması var. Məsələn, eskimoslara görə bu proses qədim şamanların etdiyi rituallar əsasında yaranıb. Yapon folkloruna görə isə qarabasma intiqam alan bir ruhu təmsil edir.

Məsələnin tibbi aspektinə gəldikdə, qarabasma adlandırdığımız “varlıq” əslində yuxu iflicidir. Belə ki, əslində yatmış olan şəxs bir neçə dəqiqəlik gözünü açsa da, beyin hələ də passiv rejimdə qalır. Hətta bu hadisə baş verərkən qeyri-adi hallüsinasiyalar da görülməsi mümkündür.

Bu problemin yaranması stres, iş rejiminin ağırlığı, yetəri qədər yatmamaq və s. səbəblərdən qaynaqlanır.

Şahanə Paşa

 

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv