!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Öz müdafiəsinə pul xərcləməyən Avropanın “XƏSİSLİYİ”: “Hərbi xərclərə ayrılan o vəsait belə…”

!Reklam – Yazi

“Hərbi büdcənin artırılması Avropanın təhlükəsizliyinin təmin olunmasına etibarlı zəmin yaratmaqdır”.

Bu fikirləri Avropa İttifaqının (Aİ) 2024-cü il üçün hərbi büdcəsini 270 milyard avroya çatdırmasını şərtləndirən amillərə toxunan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda həm Ukraynada, həm də Yaxın Şərqdə baş verən proseslər Aİ üzvü olan ölkələrin təhlükəsizliyinə yönəlik təhdidləri xeyli artırıb:

“Bəhs etdiyimiz bu proseslər get-gedə Avropa və Yaxın Şərq ölkələri üçün təhdidləri daha da artırmaqdadır. Digər məsələ isə Avropanın arsenalında olan silah-sursatın Rusiyanın hərbi təcavüzünə qarşı savaşan Ukraynaya göndərilməsidir.

Ukrayna həm də Avropa İttifaqının maraqlarına uyğun olaraq, Rusiyaya qarşı müqaviməti davam etdirir və bununla da silah-sursata tələbatı artır. Eyni zamanda, Yaxın Şərqdə İsrail və HƏMAS arasında başlayan müharibə Avropanı təhlükəsizlik tədbirləri görməyə vadar edir.

Bu tədbirlər sırasında əsas məqam Ukraynaya verilən silah-sursatın yerinin doldurulmasına istiqamətlənmiş fəaliyyətdir. Həmçinin hərbi büdcənin artırılması Avropanın təhlükəsizliyinin təmin olunmasına etibarlı zəmin yaratmaqdır.

Yəni konkret desək, Avropa İttifaqının hərbi xərclərə 270 milyard avro ayrılmasının əsas məqsədi Ukraynaya verilən silahların yerinin doldurulması və əlavə istehsalın təmin edilməsidir. Ancaq bu məbləğ də Avropanın təhlükəsizliyinin təminatı üçün yetərli deyil”.

Nəsimi Ələsgərli

www.yenicag.az

248
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv