!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Öz müğənnilərinizi ucuzlaşdırmayın” - Sevil kimə İSMARIŞ YOLLADI?

!Reklam – Yazi

Müğənni bacılar Sevil və Sevinc Azərbaycanda konsert təşkilatçıları ilə bağlı tənqidi fikirlər səsləndiriblər.

Yenicag.az xəbər verir ki, Sevil əcnəbi müğənnilərin xaricdən hörmət-izzətlə dəvət olunaraq ölkəmizdə yüksək səviyyədə konsertlərinin təşkil olunduğunu, yerli sənət adamlarının isə kənarda qaldığını, onlara dəyər verilmədiyini təəssüf hissi ilə bildirib.

O, bunun günahını konsert təşkilatçılarında görüb.

Sənətçi təşkilatçıların bu məsələ ilə bağlı tez-tez səsləndirdikləri “bizim müğənnilərin konsertlərini ona görə etmirik ki, biletləri satılmır” fikrinə də münasibət bildiririb. Bunu, sadəcə olaraq, bəhanə kimi dəyərləndirib:

“İnsan öz müğənnisini ucuzlaşdırmamalıdır, ona dəyər verməlidir. “Biletləri satılmır” deməklə deyil, siz risk edib o konsertləri təşkil etməmisiz”.

Sənətçi öz həmkarını misal çəkib:

“Mən əminəm ki, Teymur Əmraha konsert etsələr, o konsert anşlaqla keçəcək”.

Nehru

www.yenicag.az

305
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv