!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Öz qərəzinin girovuna çevrilən “DEMOKRATİK AVROPA”: “Bizə faydası toxunmayan bir quruma...”

!Reklam – Yazi

“Azərbaycanın AŞPA-dakı təmsilçiliyi həm də sırf Qarabağın işğal altında olması ilə bağlı seçim idi”.

Bu fikirləri Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətinin dayandırmasının obyektiv səbəblərdən qaynaqlandığını önə çəkən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, AŞPA məsələsində Azərbaycan tamamilə haqlı mövqedən çıxış edir:

“Son zamanlar AŞPA-nın Azərbaycana qarşı sərgilədiyi mövqe qərəzli, qəbul etdiyi qərarlar isə ədalətsizdir. O baxımdan, nümayəndə heyətimizin AŞPA-dakı fəaliyyətini qeyri-müəyyən müddətdə dayandırması tamamilə əsaslandırılmış addımdır.

Bu, rəsmi Bakının qərəzli münasibətə yönəlik ilkin cavab addımıdır. Gələcəkdə AŞPA-nın atacağı addımlardan asılı olaraq, rəsmi Bakı yenə də milli maraqlara söykənən mövqe ifadə edəcək.

Ümumiyyətlə, Azərbaycanın AŞPA-dakı təmsilçiliyi həm də sırf Qarabağın işğal altında olması ilə bağlı seçim idi. İşğal altında olan Qarabağa ədalət naminə Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv oldu. Amma digər təşkilatlar kimi, AŞPA da 30 il ərzində bu məsələyə laqeyd, bəzi hallarda isə ermənipərəst mövqedən yanaşdı.

Bu siyasətin nəticəsi isə hazırda göz qabağındadır. Azərbaycan 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları sayəsində Qarabağ münaqişəsini bitirərək öz ərazi bütövlüyünü tam bərpa etdi.

Belə olan təqdirdə isə bundan sonra bizə faydası toxunmayan AŞPA-ya ehtiyacımız yoxdur. Yəni bundan narahat olacağımız bir səbəb mövcud deyil. Dünyada çəkisi olmayan və fəaliyyət dairəsi dar bir təşkilatdan ayrılmağımız bizim üçün həyati əhəmiyyət kəsb etmir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

2073
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv