Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Özbəkistan “Kərimov yolu”ndan çıxır: Kreml Daşkəndlə İrəvanı yaxınlaşdırır

Özbəkistanın yeni prezidenti Şövkət Mirziyoyev deyəsən işğalçı Ermənistanla diplomatik münasibət qurmaq yolunu tutub. Belə ki, ilkin addım olaraq Daşkənd-İrəvan aviareysi açılıb. Halbuki, Özbəkistanın əvvəlki prezidenti İslam Kərimovun zamanında Daşkənd Qarabağ məsələsinə görə Ermənistanla heç bir əlaqə yaratmamışdı. İndiki hakimiyyət isə görünür, əks mövqe sərgiləməyə başlayıb.

Özbəkistan hakimiyyətinin Azərbaycanın marağına zidd olan belə bir addım atması görəsən nə ilə bağlıdır? Yeni prezident Mirziyoyevdə yaranan erməni sevgisi nədən qaynaqlanır?

Politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında bildirdi ki, Özbəkistanın yeni prezidentinin Ermənistanla münasibət qurmaq istiqamətində addımlar atmağa başlaması Moskvanın ona verdiyi göstərişlə bağlıdır:

“Mirziyoyevin Ermənistanla münasibət qurmaq istəyi birbaşa Rusiya ilə bağlıdır. Bu adamın hakimiyyətə gəlməsində Kremlin böyük rolu olub. Vaxtilə bu adamı Kərimova qəbul etdirən də məhz Moskva idi. Onu da qeyd edim ki, Mirziyoyev prezident olduqdan sonra ilk səfərini də Moskvaya edib. Belədə o Rusiyanın dediyilə oturub-durur. Bu nöqteyi-nəzərdən də yeni özbək hökuməti işğalçı Ermənistanla münasibət qurmağa çalışacaq. Çünki yeni hakimiyyət öz xalqı qarşısında amansız olsa da, rusun qarşısında tir-tir əsir və onun bütün göstərişlərini sözsüz yerinə yetirir. İslam Kərimova gəldikdə, onun Ermənistanla əlaqə qurmaması heç də Qarabağ məsələsinə görə deyildi. Sadəcə, belə istəyirdi. O həmçinin, Rusiyadan ehtiyatlanmadan ümumən müstəqil fəaliyyət göstərməyi də bacarırdı. Kərimov vaxtilə Moskvadan çəkinməyərək, Qara dəniz-İpək layihəsinə də qoşulmuşdu. Mirziyoyev isə yaramaz siyasətçidir və o türk dünyası məsələlərinə çox soyuq yanaşır. Bu səbəbdən təkcə İrəvana aviareysin açılmasını deyil, onun Ermənistanla münasibətlərin qurulması istiqamətində başqa addımlar atacağını da gözləmək olar”.

ELÇİN

Yenicag.az

www.yenicag.az

510
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100