!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özbəkistan nümayəndə heyəti Şuşada görülən işlərlə tanış olub - FOTO

!Reklam – Yazi

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 12-ci iclasında iştirak etmək üçün Şuşa şəhərinə səfər edən Özbəkistan nümayəndə heyəti Şuşada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olub. 

Yenıcag.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovun da iştirakı ilə keçirilən tanışlıq zamanı Şuşanın tarixi, dağıdılmış abidələrin bərpası istiqamətində həyata keçirilən tədbirlər, şəhərin yenidən qurulması məqsədilə görülən işlər haqqında ətraflı məlumat verilib.

Özbəkistan nümayəndə heyəti qədim Azərbaycan şəhərinin bərpası və abadlaşdırılması işlərinin yüksək qiymətləndirildiyini qeyd edib.

www.yenicag.az

358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv