Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Özbəkistanda Azərbaycan Film Günləri - FOTOLAR

Özbəkistanda keçirilən XIII Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan Film Günləri təşkil edilib.

Yenicag.az xəbər verir ki, sentyabrın 29-da keçirilən “Dünya Kino Günləri”nin açılışında çıxış edən Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənov Azərbaycan Film Günlərində 8 filmin nümayiş etdiriləcəyini bildirib.

Rüfət Həsənov nümayiş olunacaq filmləri belə sıralayıb:

Əsas proqram: “Balıqçı qızı” (rej. İsmayıl Səfərəli), “Daxildəki ada” (rej. Rüfət Həsənov), “Olimpiya” (rej. Əli-Səttar Quliyev), “Fəridə” (rej. Kseniya Laqutina);

Sənədli film: “Biz” (rej. Orman Əliyev), “Sonuncu” (rej. Fariz Əhmədov);

“5 günlük kino”: “Vəhşi durnaların vaxtı” (rej. Murad Hüseynov), “İki yol” (rej. Murad Hüseynov və Səddam Mehdiyev).

Qeyd edək ki, XIII Daşkənd Beynəlxalq Film Festivalına dünyanın 50-yə yaxın ölkəsindən 350 qonaq, Özbəkistan dövlət rəsmiləri, mədəniyyət xadimləri qatılırlar. Azərbayucan nümayəndə heyətinə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, kinorejissor və ssenarist Rüfət Həsənov, Xalq artisti, kinorejissor Vaqif Mustafayev, “Azərbaycanfilm” studiyasının direktoru Fariz Əhmədov, rejissor Afaq Yusifli və başqaları daxildir.

Onu da bildirək ki, festivalda fəxri qonaq kimi dünyanın məşhur simaları olan Stiven Siqal, Nikita Mixalkov, Timur Bekmambetov, Pavel Priluçnı, Lyuk Besson, Mithun Çakraborti və digər tanınmış sənət adamları iştirak edirlər.

Rüstəm Qasımov / Daşkənd

www.yenicag.az

104
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100