!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özbəkistanda maskasız küçəyə çıxanlar cərimələnəcək

!Reklam – Yazi

Özbəkistanda küçəyə tibbi maska taxmadan çıxanlar cərimə olunacaq.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Nazirlər Kabineti yanında operativ qərargah yayıb.

Məlumata görə, küçəyə birinci dəfə tibbi maskasız çıxanlar 223 min sum (23 dollar), ikinci dəfə çıxanlar isə 665 min sum (təxminən 70 dollar) cərimə ödəməli olacaqlar.

Qeyd edək ki, qərar martın 25-dən qüvvəyə minəcək. Ölkədə 43 nəfər koronavirusa yoluxub.

www.yenicag.az

715
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv