!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özbəkistanda referendum keçirilir

!Reklam – Yazi

Bu gün Özbəkistanda konstitusiya mətninə dəyişiklik edilməsi ilə bağlı referendum keçirilir.

Yenicag.az xəbər verir ki, artıq parlamentin hər iki palatası və Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilmiş əsas qanunun mətnində maddələrin sayının 128-dən 155-ə, konstitusiya normalarının isə 275-dən 434-ə çatdırılması nəzərdə tutulur. Ümumilikdə əsas qanunun 65% yenilənməsi təklif edilir.

Konstitusiya referendumu prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə keçirilib. 2021-ci ilin dekabrında o, əsas qanuna dəyişiklik etməyi və bunun üçün ümumxalq referendumunun keçirilməsini təklif edib.

2022-ci ilin mayında parlament düzəlişlər hazırlamaq üçün komissiya yaradıb və artıq iyul ayında Özbəkistanın 1992-ci ildə qəbul edilmiş Konstitusiyasına 200-ə yaxın dəyişikliyi nəzərdə tutan qanun layihəsi hazırlanıb.

Parlamentin qərarına əsasən, qanun layihəsinin ümumxalq müzakirəsi 2022-ci il iyulun 4-dək davam etməli idi. Lakin konstitusiyanın yeni redaksiyasında bu bölgənin statusunun dəyişdirilməsi ilə razılaşmamaq bəhanəsi ilə Qaraqalpaqstanda baş verən iğtişaşlar səbəbindən müzakirə müddəti bir neçə dəfə uzadılıb. Nəticədə Özbəkistanın tərkibində Qaraqalpaqıstanın suveren respublika statusunun saxlanılması qərara alınıb.

Ölkənin əsas qanununa edilən əsas əlavələrdən biri ölkə prezidentinin səlahiyyətlərinin 5 ildən 7 ilə uzadılması ilə bağlıdır. Hazırkı dövlət başçısı Ş. Mirziyoyevin səlahiyyətləri sıfırlanacaq, yəni 2026-cı ildə o, üçüncü dəfə namizədliyini irəli sürə biləcək.

Digər dəyişikliyə əsasən eyni şəxs ardıcıl iki müddətdən artıq müəyyən vəzifəyə seçilə və ya təyin oluna bilməz. Söhbət parlamentin hər iki palatasının spikerlərindən, Özbəkistan prezidentindən (hazırkı konstitusiyaya uyğun olaraq), şəhər, rayon və vilayət xalq deputatları şuralarının və yerli administrasiyaların rəhbərlərindən, Ali Məhkəmənin, Hakimlər Ali Şurasının sədrləri və sədr müavinlərindən, MSK-nın rəhbəri və Baş prokurordan gedir.

Senatorların (parlamentin yuxarı palatasının üzvləri) sayının indiki 100-dən 65-ə endirilməsi nəzərdə tutulur. Bundan əlavə, dəyişikliklərə əsasən, Özbəkistan sosial dövlət elan edilir və onun öhdəliklərinin normaları təxminən üç dəfə artırılır.

Belə ki, ehtiyacı olan vətəndaşların mənzillə təmin olunması, şəxsin layiqli həyat şəraitinin təmin edilməsi nəzərə alınmaqla minimum əməkhaqqının müəyyən edilməsi və ölkə vətəndaşlarının zəmanətli tibbi yardım almaq hüquqlarının təmin edilməsi nəzərdə tutulur. Konstitusiyada gənclərin qrant əsasında dövlət hesabına ali məktəblərdə təhsil almaq hüququ da təsbit olunub.

Özbəkistan konstitusiyasına dəyişikliklərlə bağlı səsvermə Daşkənd vaxtı ilə saat 8:00-dan 20:00-dək (Bakı vaxtı ilə saat 7:00-dan 19:00-dək) ​​keçiriləcək. Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Zayniddin Nizamxocayevin sözlərinə görə, ölkədə referendumda səs vermək üçün 10 758 seçki məntəqəsi yaradılıb. Mərkəzi Seçki Komissiyası həmçinin respublikanın 39 xarici dövlətdəki diplomatik və digər nümayəndəliklərində 55 seçki məntəqəsi yaradıb.

Daşkəndin bir neçə seçki məntəqəsi ölkə tarixində ilk dəfə olaraq vətəndaşların şəxsiyyətini müəyyən etmək üçün biometrik identifikasiya sistemindən istifadə edəcək. Özbəkistan qanunvericiliyinə görə, şənbə günü sükut günü olub, kampaniyanın aparılması qadağan edilib.

Seçici siyahılarına referendumda səs vermək hüququna malik olan 20 milyondan bir qədər az Özbəkistan vətəndaşı var. Daha əvvəl Özbəkistan MSK-nın mətbuat xidməti xəbər vermişdi ki, aprelin 19-dan 26-dək keçirilən erkən səsvermə hüququndan 610 mindən çox vətəndaş istifadə edib.

Özbəkistanın qanunvericiliyinə uyğun olaraq, referendumda seçici siyahılarına daxil edilmiş vətəndaşların yarıdan çoxu iştirak etdikdə referendum etibarlı sayılır. Səsverməyə çıxarılan məsələ üzrə qərar seçki məntəqələrinə gələn ölkə vətəndaşlarının yarıdan çoxu tərəfindən dəstəkləndikdə qəbul edilmiş sayılır.

Özbəkistan MSK 383 beynəlxalq müşahidəçini akkreditə edib. Onlar 45 dövləti və 14 beynəlxalq təşkilatı, o cümlədən MDB, Şanxay Əməkdaşlıq Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digərlərini təmsil edirlər. Özbəkistan MSK referendumun rəsmi nəticələrini səsvermədən sonra 10 gündən gec olmayaraq dərc edəcək.

Plebisitin nəticələrinə görə qəbul edilmiş qərarın ölkənin dövlət orqanlarının aktları ilə təsdiqlənməsinə ehtiyac yoxdur. Özbəkistanın yenilənmiş Konstitusiyası qəbul olunarsa, referendumun nəticələrinin MSK tərəfindən rəsmi dərc edildiyi gündən qüvvəyə minəcək.

www.yenicag.az

317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv