!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özbəkistandakı hadisələrdə "RUS BARMAĞI": "Özbəkistanın KTMT təklifinə rədd cavabı verməsi..." - Politoloq

!Reklam – Yazi

“Əgər qaraqalpaqlar dəyişikliyə özləri etiraz etmirlərsə, bunu edə biləcək qüvvə Rusiyadır”.

Bu fikirləri Özbəkistanda baş verən son hadisələr və bunda Rusiyanın əli olması ehtimalını şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, ABŞ və Qərbin Özbəkistanda çaxnaşma salmaq üçün heç bir səbəbi yoxdur:

“Özbəkistanda yaşamışam, orada təhsil almış, işləmişəm, bölgə ilə çox yaxın tanışam. Qaraqalpaqıstan Özbəkistanın daxilində muxtar respublika idi. Təqribən Özbəkistanın üçdə birini əhatə edir. Etnik qaraqalpaqlar orada yaşayırlar. Oranın rəhbəri parlamentin sədri olub.

Çinin Mərkəzi Asiyaya təsiri böyükdür. Tacikistanla Əfqanıstan arasındakı sərhədi Çin ordusu qoruyur. Çinin Qazaxıstana, Özbəkistana, Tacikistana çox böyük təsir gücü var. Çinin həmin ölkələrə çox ciddi yatırımları var. O yatırılmlar “bir qurşaq, bir yol” və digər layihələrlə əlaqədardır. Mərkəzi Asiyada əsas qızıl ixracatçısı Qırğızıstanla Özbəkistandır. Özbəkistanda bir çox böyük qızıl yataqları var.

ABŞ-nin Özbəkistanda hansı marağı ola bilər ki, Özbəkistanda qeyri-stabil dövlət əmələ gəlsin? Buna inanmıram. Avropa Birliyinin də orada qeyri-stabillik yaratması inandırıcı deyil. Özbəkistan Konstitusiyasında Qaraqalpaqıstan müstəqilliyə yaxın bir status olub. Özbəkistan rəhbərliyi Qaraqalpaqıstanın bu statusunu aradan qaldırmaq istəyirdi, yaxud bu, Konstitusiyaya dəyişiklikdə irəli sürülmüşdü. Hesab edirəm ki, orada qarışıqlığı Rusiya edə bilər. Çünki Rusiya Özbəkistana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağı təklif etmişdi və rədd cavabı almışdı. Qaraqalpaqlar özbəklərdən fərqlidir. Bir qədər çılğın və aqressivdirlər. Əgər qaraqalpaqların özləri etiraz etmirlərsə, bunu edə biləcək qüvvə Rusiyadır. Ancaq qaraqalpaqlar özləri də Özbəkistan rəhbərliyinin addımını qəbul etməyə bilərlər”.

Səxavət Məmməd

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv