Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Özbəkistanın tanınmış ictimai xadimləri dünya ictimaiyyətinə müraciət etdilər

Azərbaycanlılara qarşı bu ayrı-seçkiliyə, işğala son qoyulmalı, dünya birliyi bu haqsızlığa göz yummamalıdır.

Özbəkistan ictimaiyyətinin nümayəndələri, tanınmış elm, mədəniyyət xadimləri Ermənistanın Azərbaycana qarşı təcavüzü, regiondakı zorakılıq, eləcə də erməni qoşunlarının artilleriya atəş ilə hücumu barədə dünya birliyinə müraciət ediblər.

İlk növbədə, onlar hücum zamanı həlak olan dinc sakinlər, uşaqlar üçün Azərbaycan xalqına başsağlığı veriblər.

Bu barədə fikr.uz xəbər verir.

“Özbəkistan Respublikasındakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə ünvanlanan dünya birliyinə müraciətimizi sizə təqdim edirik:

– Hesab edirik ki, Azərbaycan qanuni ərazilərində Ermənistan işğalçılarına qarşı azadlıq mübarizəsi aparır. İşğalçılar Dağlıq Qarabağ da daxil olmaqla işğal olunmuş əraziləri azad etməli və qoşunlarını Azərbaycan ərazisindən çıxarmalı, günahsız insanların öldürülməsinə, müharibə cinayətlərinə və təxribatlarına son qoymalıdırlar.

Ermənistan və digər ölkələrin rəhbərliyi öz milli, o cümlədən erməni filoloqları tərəfindən yazılmış “işğal”, “işğalçı”, “işğal et” sözlərinin izahlı mənasını verən lüğəti oxusunlar və sonra nəticə çıxarsınlar ki, kim işğalçı və zəbt edəndir. Bu aydın şəkildə təcavüz, işğal və soyqırım siyasətidir.

Biz Özbəkistan Respublikasının tanınmış elm, mədəniyyət və ictimaiyyət nümayəndələri Ermənistan silahlı qüvvələrinin, çoxsaylı RKK və digər terrorçuların Azərbaycanın işğal olunmuş ərazilərindəki son təcavüzlərini qınayır və bu cinayətə və işğala dərhal son qoyulmasına çağırırıq.

Regionun son 30 ildə ən böyük problemi Qarabağın və Azərbaycanın digər yeddi rayonunun işğalı, bir milyon azərbaycanlının öz yurdlarından qovulmasıdır, bu dünya birliyinə ləkədir və sivil dünyada qəbuledilməz bir cinayətdir.

Ermənistanın işğalı nəticəsində Azərbaycanın 12 rayonu və onlarla şəhəri, yüzlərlə kəndi, ölkə ərazisinin 20 faizi ələ keçirilib. Ermənistan təkcə Qarabağı deyil, ona bitişik yeddi rayonu da işğal edib. Bütün şəhər və kəndlərin ərazisi, məscid və mədəniyyət abidələri dağıdılıb. Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törədilib.

Beynəlxalq ictimaiyyəti bu işğala və haqsızlığa son qoymağa çağırırıq.

Bütün bunlara baxmayaraq, Ermənistan hər gün işğal olunmuş ərazilərdə hərbi təxribatlar həyata keçirir, azərbaycanlı uşaqları öldürür, bilərəkdən tarix və mədəniyyət abidələrini dağıdır və saxtalaşdırırlar. İndi isə digər ölkələrdə yaşayan ermənilər Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülür, köçürülmə siyasəti aparılır. ASALA və PKK kimi terrorçu döyüşçülər bu ərazilərə gətirilir və yerləşdirilir.

Azərbaycan musiqisinin və Qafqazın konservatoriyasının beşiyi sayılan Şuşada, eləcə də Azərbaycanın işğal olunmuş digər rayonlarında Ermənistan münaqişəni daha da qızışdırmaq və mövcud vəziyyəti uzatmaq üçün bütün vasitələrdən istifadə edir. Biz Ermənistanın bu çirkin oyununa son qoyulmasını tələb etməliyik.

Gəlin, vicdanınızın qarşısında bir anlıq cavab verin. Hansı xalq və dövlətlər bunu qəbul edə bilər? 30 ildir ki, insanlar ədalətli olaraq torpaqlarının qaytarılmasını gözləyirlər.

Niyə işğalçı öz adı ilə çağırılmır? Niyə Ermənistanı işğala son qoymağa çağırmırsınız?

Biz hüquqları pozulmuş, torpaqları işğal edilmiş və ərazi bütövlüyü pozulmuş Azərbaycan xalqına dəstək olmalıyıq.

Hər birinizi ədalətə dəstək olmağa və bu çətin vəziyyətdə Azərbaycanı dəstəkləməyə çağırırıq.

Biz, qardaş özbək xalqı işğalı qınayır və Azərbaycan xalqının vətəninin azadlığı uğrunda apardığı mübarizəni dəstəkləyirik.

Ədalətli məntiqə görə, Ermənistan zəbt edəndir, işğalçıdır. Buna görə də ictimaiyyət kimin nə uğrunda mübarizə apardığını anlamalıdır: Azərbaycan Vətənini işğalçılardan azad etmək istəyir, Ermənistan isə öz ərazilərini zəbt edilmiş Azərbaycan torpaqlarının hesabına genişləndirmək istəyir.

İnanırıq ki, dünya ölkələri və beynəlxalq təşkilatlar Ermənistanı işğal olunmuş Azərbaycan ərazilərini azad etməyə və BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasına dair qətnamələrini yerinə yetirməyə məcbur etməlidirlər.

Əminik ki, dünya birliyi də ədalətin tərəfini tutacaq və işğalçıları qınayacaq.

1. Turan Elmlər Akademiyası və Leybnits Avropa Təbiət Elmləri Akademiyasının akademiki (Hannover, Almaniya), tarix elmləri doktoru Haydarbek Bababekov.

2. Özbəkistan Jurnalistlər Birliyi İctimai Şurasının sədri Kərim Baxriyev.

3. Tarix elmləri doktoru, Nizami adına TQPU-nun professoru Erkin Nuridinnov.

4. Özbəkistanın Xalq şairi Camal Kamal.

5. Özbəkistan Respublikasının Xalq artisti, teleaparıcı Qalina Melnikova.

6. Özbəkistan Respublikasının Xalq artisti Rixsi İbrahimova.

7. Özbəkistan Respublikasının Xalq artisti Məryəm İxtiyarova.

8. Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin professoru Gülbahor Aşurova.

9. Özbəkistan Respublikası Elmlər Akademiyası özbək dili, ədəbiyyatı və folklor İnstitutunun dosenti Gülnaz Səttarova.

10. Tarix elmləri doktoru Muborak Yunusxocayeva.

11. Tibb elmləri üzrə namizəd Mavlüd Latıpova.

12. Turan Elmlər Akademiyasının akademiki, Özbəkistanın və Azərbaycanın Xalq rəssamı, dövlət mükafatı laureatı, professor Firuddin Səfərov.

13. Turan Elmlər Akademiyasının akademiki, BMT-nin xoşməramlı səfiri, fəlsəfə doktoru, MANEB-nin akademiki, UNESCO-da Elmlər Akademiyasının professoru Almaz-xanım Məcidova.

14. Özbəkistanın fəxri artisti, “Dostluq” ordeninin sahibi Kokyab Əliyeva

15. Tarixçi, tədqiqatçı, jurnalist Şuhrat Salamov

16. Tanınmış şair, jurnalist, Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru Xosiyyət Rüstəm.

17. Tərcüməçi, ictimai xadim Şahlo Qasımova.

www.yenicag.az

145