!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özdağın komandası parçalandı: Ərdoğanı dəstəkləyəcəklər

!Reklam – Yazi

Türkiyənin müxalif Zəfər Partiyasının Şanlıurfa və bu vilayətin Xəliliyə və Karaköprü mahal təşkilatlarında kütləvi istefalar olub.

Yenicag.az Teleqraf.com-a istinadən xəbər verir ki, istefa verən partiya üzvləri martın 28-də keçiriləcək ikinci tur seçkilərində Cümhur İttifaqının namizədi, Prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləmək qərarına gəliblər.

Kütləvi istefalarla bağlı açıqlama verən partiyanın Şanlıurfa təşkilatının sədri İbrahim Nəhya deyib:

“Ölkənin milli maraqlarını, milli bütövlüyünü nəzərə alaraq hazırkı prezidentimiz Rəcəb Tayyib Ərdoğanla Cümhur İttifaqına dəstək vermək qərarına gəldik. Buna görə də partiyamızdan ayrılırıq”.

Nəhya Zəfər Partiyasını böyük ümidlərlər qurduqlarını, amma onun öz hədəfindən yayındığını da söyləyib.

Zəfər Partiyasının sədri Ümit Özdağ ötən günlərdə ikinci turda Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini açıqlamışdı.

İkinci tur sabah keçiriləcək.

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv