!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özəl klinikalar bu xəstələrə niyə göndəriş vermir?

!Reklam – Yazi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi laparoskopik xolesistektomiya xəstəliyindən əziyyət çəkən vətəndaşa Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasında əməliyyat olunmaq üçün göndəriş verilməməsinin səbəbini açıqlayıb.

Yenicag.az xəbər verir ki, qurumun Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov agentliyin həmin klinika ilə müqaviləsinin aktiv olduğunu deyib.

“Hazırda ATU-nun Tədris Cərrahiyə Klinikası bizə dəstək olaraq bir çox əməliyyatlar icra edir. Həmin xanım pasiyentin xəstəlik tarixçəsi agentliyin eskpertiza şöbəsi tərəfindən araşdırılıb. Nəticədə müəyyən olunub ki, təqdim edilən laborator analizlər və digər müayinələrin əməliyyatın təcili olmadığına əsas verib. Həmçinin müraciət edilən əməliyyat növü dövlət tibb müəssisələrində icra olunur. Bu səbəbdən həmin pasiyentə özəl tibb müəssisəsində əməliyyat üçün göndəriş verilməsindən imtina olunub. Yalnız təcili olan hallarda və dövlət xəstəxanalarında icra edilə bilməyən əməliyyatlar üçün özəl tibb ocaqlarına göndəriş verilir”, – o vurğulayıb./Report/

www.yenicag.az

503
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv