Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Özəl məktəblərdə ənənəvi tədris başladı: Təhsil nazirliyindən "dayandırın" əmri gəldi

Bakıdakı özəl məktəblər sentyabrın 1-dən etibarən ənənəvi tədrisə başlayıb.

Yenicag.az xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı ölkədə orta məktəb və ali təhsil müəssisələrində dərslərin keçirilmə forması ilə bağlı hər hansı qərar qəbul edilməyib.

Buna baxmayaraq, özəl məktəblərdə ayın əvvəlindən ənənəvi tədris başlayıb.

Ancaq sentyabrın 3-də təhsil nazirliyindən məktəblərə əyani dərslərin dayandırılması haqqında əmr gəlib.

Görünən odur ki, dərslərin başlamasına 10 gün vaxt qalmasına rəğmən, nazirlik də əyani tədrisin bərpası haqqında tərəddüd edir.

www.yenicag.az

1051
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100