!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Özlərini “demokratiyanın atası” sayanların bütün cəhdlərinə baxmayaraq...” – RƏY

!Reklam – Yazi

“Müxalifət blokunun seçkilərinə on minlərlə insanın qatılması ədalətli rəqabət şəraitindən xəbər verirdi”.

Bu fikirləri Türkiyədə keçirilmiş prezident və parlament seçkilərində siyasi qüvvələrin apardıqları seçki kampaniyasından Azərbaycandakı partiyaların götürə biləcəkləri təcrübəni dəyərləndirən Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyədəki əsas siyasi qüvvələrin iki aydan artıq müddətdə apardıqları seçki kampaniyasının nümunə kimi istifadə ediləcək cəhətləri oldu:

“Əvvəl onu qeyd etmək istərdim ki, Türkiyədə keçirilmiş seçkilər doğrudan da çox əhəmiyyətli siyasi hadisə olaraq tarixə keçdi. Türkiyə dünyaya bir daha göstərdi ki, Qərbin, özlərini “demokratiyanın atası” sayanların bütün cəhdlərinə baxmayaraq, öz yolu ilə getməkdə qətiyyətli olacaq.

Türkiyədəki siyasi qüvvələrin bu seçkilərdə həyata keçirdikləri kampaniya öz miqyas və davamlılıq, o cümlədən yenilikçi tərəflərin olması baxımından, əvvəlkilərdən çox fərqlənirdi. İki aydan artıq müddətdə Türkiyə kimi böyük dövlətin səksən bir vilayətində kampaniya aparmaq heç də asan deyil.

Ancaq yaradılmış demokratik mühitdə seçici etimadının qazanılması üçün aktiv kampaniyanın aparılması şərtdir. Burada, əlbəttə ki, türk cəmiyyətinin siyasi hazırlığını və aktivliyini də mütləq vurğulamaq lazım gəlir. Əgər cəmiyyət fəal olmasa, kampaniya aparılmasına da ehtiyac qalmaz.

Gördünüz ki, Ərdoğanın İstanbul mitinqinə az qala milyona yaxın insan toplaşmışdı. Eyni zamanda müxalifət liderinin aksiyaları da yetərincə gur keçirdi. Ümumiyyətlə, müxalifət blokunun seçkilərinə on minlərlə insanın qatılması ədalətli rəqabət şəraitindən xəbər verirdi.

Sözsüz ki, Türkiyədəki seçkilərdə aparılan kampaniyanın Azərbaycanda öyrəniləcək cəhətləri var. Gələcəkdə o təcrübədən istifadə oluna bilər. Hər halda, siyasi partiyalar haqqında qanunu tətbiqi yeni şərait yaradıb və yeni sistem oturuşduqca, bizim cəmiyyətin də siyasi fəallığının artacağı gözlənilir”.

A.Zeynalov

www.yenicag.az

320
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv