Xalq artisti Yalçın Rzayev sənət aləmində baş verən qalmaqallardan həmişə uzaq olduğunu deyib.
Yenicag.az-a açıqlama verən illərin sənətkarı qalmaqal edən həmkarlarının işinə qarışmadığını da bildirib:
“Nə keçmişdə, nə də indiki vaxtda heç vaxt qalmaqal etməmişəm. Ümumiyyətlə, lüğətimdə “qalmaqal” sözü olmayıb. Bunu nə sənətimə, nə də şəxsiyyətimə yaraşdırmıram. Kim edirsə, özü bilər, qarışmıram. Bu yaxınlarda Elgizin aparıcılıq etdiyi “Səhər-səhər” verilişində qonaq oldum. Qalmaqallı söhbətlər oldu, bir kəlmə də ağzımı açıb mövzuya münasibət bildirmədim. Çalışdılar nəsə deyim, münasibət bildirim, amma susdum. Elə gözümü zillədim tavana, bir də mahnımı oxudum. Ümumiyyətlə, çalışıram verilişlərə getməyim. Gedəndə də soruşuram, hansı mövzu müzakirə olunacaq, verilişdə kim iştirak edəcək və s. Sənətə dəxli olan verilişdirsə, gedirəm, dəxli yoxdursa, imtina edirəm. İndiyə qədər sənətimi, şəxsiyyətimi qorumuşam, indi durub bu yaşda, bu statusda özümü gözdən sala bilmərəm”.
Cəvahir