!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özünü güllələyən polis rəisi ilə bağlı YENİ XƏBƏR

!Reklam – Yazi

İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Yenicag.az-a bildirilib.

Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Hazırda iş üzrə istintaq davam edir.

Qeyd edək ki, polis polkovnik-leytenantı Rahib Mirzəyev xidməti otağında dünən  səhər saatlarında özünü tabel silahı ilə vuraraq öldürüb.

Rahib Mirzəyev Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

www.yenicag.az

957
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv