!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özünü sıradan çıxaran “Brüssel formatı”: “Danışıqların noyabrda bərpa edilməsi və...”

!Reklam – Yazi

“Brüssel görüşündə sülh sazişinin tezliklə imzalanacağının mümkünlüyünə yönəlik müəyyən ümidlər vardı”.

Bu fikirləri Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə oktyabrda Brüsseldə planlaşdırılan görüşün təxirə salınması barədə danışan politoloq Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.

O, nəzərdə tutulan görüşün ləğv olunmasına baxmayaraq, Brüssel formatında danışıqların bərpa ediləcəyinin mümkünlüyünü vurğulayıb:

“Qranadada baş tutan və Azərbaycanla Türkiyənin qatılmadığı məlum çoxtərəfli görüşdə Ermənistan növbəti dəfə yeni təkliflərlə çıxış etdi. Təəssüflər olsun ki, həmin təkliflərin böyük hissəsini xırda düzəlişlərlə həm Avropa İttifaqı, həm Fransa, həm də Almaniya öz imzaları ilə təsdiqlədilər.

Brüssel görüşündə sülh sazişinin tezliklə imzalanacağının mümkünlüyünə yönəlik müəyyən ümidlər vardı. Əlavə olaraq, Ermənistanın sonuncu tələbi Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı idi. Həmin məsələ gündəlikdən çıxdığına görə sülh sazişinin imzalacağını güman etmək olardı.

Lakin ortaya üç yeni təklif çıxdığı üçün onların dəyərləndirilməsinə əlavə vaxt tələb olunur. Fikrimcə, əgər Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Fransa prezidentinə qoşulub antiAzərbaycan bəyanatlarla çıxış etməsə və tərəfsizliyini müəyyən qədər qoruya bilsə, Brüssel formatında görüşlər davam etdiriləcək.

Əslində, görüşdən imtina olunmayıb, sadəcə, vaxt məsələsi əsas gətirilərək tarix dəyişdirilib. Yəni noyabrda növbəti görüşün keçirilməsi istisna edilmir. Görünür, bəzi sənədlərin təhlili üçün əlavə vaxt lazımdır. O baxımdan, noyabrda Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüşün baş tutacağı və ilin sonuna qədər sülh sazişinin imzalanacağı ehtimalı yüksəkdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv