!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özünü su anbarına ataraq intihar etdi - Şamaxı sakini

!Reklam – Yazi

Şamaxı şəhərində intihar hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü şəhər sakini Nuriyev Mübariz Məhəmmədəli oğlu özünü Şamaxı Zoğalavatay su anbarına ataraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı regional şöbəsinə aparılıb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır.

www.yenicag.az

1234
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv