!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paket çaydan istifadə edənlərin nəzərinə! Sonsuzluq...

!Reklam – Yazi

“Paket çayın tərkibi sonsuzluğa səbəb olan bir maddədir”.

Yenicag.az xəbər verir ki, bunu paket çay üzərində araşdırma edən Yalova Universiteti Tibb Fakültəsi Dekanı Prof. Dr. Vefik Arıca deyib.

O, bildirib ki, çay paketlərində qaynar su ilə təmasdan sonra əmələ gələn epiklorohidrin bədəndə dağılır:

“Bu, qısa və orta müddətdə bədənə müəyyən zərərlər verə bilər. Plastikdən hazırlanan çay paketləri kanserogen təsirə malikdir. Əlavə olaraq sonsuzluq təhlükəsi yüksəkdir. Çay paketlərinin dörddə biri artıq plastikdəndir. Plastik isti su ilə təmasda olduqda kanserogenə səbəb ola bilər. Bu isə immunitet sistemini aşağı salır və sonsuzluğa səbəb olan epixlorohidrini özündə birləşdirir.

Dəmlənmiş çaya üstünlük verməliyik. Çay paketlərindən istifadə etməməliyik”.

Nəsimi Ələsgərli

www.yenicag.az

572
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv