Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Pakistan Əfqanıstanla sərhədə artilleriya qüvvələrini toplayır

Pakistan Sehvan-Şərif şəhərində törədilən terror aktından sonra başlanılan antiterror əməliyyatı çərçivəsində Əfqanıstanla sərhədə ağır artilleriya qüvvələrini toplayıb.

Yeniçağ.Az-ın “Oxu.Az”-a istinadən verdiyi xəbərinə görə, bu barədə Express Tribune nəşri məlumat yayıb.

Nəşrin məlumatına əsasən, artilleriya qüvvələri Torham və Çaman vilayətlərində cəmləşdirilib. Əsas məqsəd kimi Əfqansıtan ərazisindən terrorçuların ölkəyə daxil olmasının qaşısını almaq göstərilir. Qeyd olunur ki, hərbçilər hər bir təhlükəyə “bütün qüvvə” ilə cavab verəcəklər. Bundan əlavə, sərhədyanı rayonlarda polis gücləndirilmiş iş rejiminə keçib.

Pakistan ordusunun rəsmi nümayəndəsi general-mayor Asif Qafur bildirib ki, Baş Qərargah rəisi general Kamar Cavid Bajvanının rəhbərliyi altında yüksək rütbəli zabitlərin toplantısı keçirilib.

Xatırladaq ki, fevralın 16-da Sind vilayətinin Sehvan-Şərif şəhərində Lal Şahbaz Qələndərin məqbərəsi yaxınlığında törədilən partlayış nəticəsində 88 nəfər ölüb, 300-dən çox insan yaralanıb. İŞİD terror qruplaşması hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb.

Yeniçağ.Az

www.yenicag.az

406