!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pakistan ilə Preferensial Ticarət Sazişinin imzalanması müzakirə edildi

!Reklam – Yazi

Azərbaycan və Pakistan arasında Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində görülən tədbirlər müzakirə olunub.

Yenicag.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistanın ticarət naziri Səid Navid Qəmər ilə keçirilən görüşündə məlum olub.

Onlayn keçirilən görüşdə dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan əlaqələrinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb.

Bildirilib ki, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi Pakistanla tərəfdaşlığımızın əsas prioritetlərindəndir və bu sahəyə xüsusi töhfə verəcək Preferensial Ticarət Sazişinin imzalanması ilə bağlı işlər davam etdirilir.

Tərəflər Preferensial Ticarət Sazişinin imzalanması istiqamətində görülən tədbirləri, birgə layihələrin icrası və əməkdaşlığımızın gündəliyində olan digər məsələləri müzakirə ediblər.

www.yenicag.az

371
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv