!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pakistan prezidenti Bayraq Meydanında olub

!Reklam – Yazi

pakistan-prezidenti-azerbaycandadir-620x400Pakistan prezidenti Məmnun Hüseyn Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olub.

Yenicag.az apa-ya istinadən bildirir ki, Pakistan prezidentinə dünyada ən hündür bayraq dirəklərindən birinin yerləşdiyi Dövlət Bayrağı Meydanı və onun ərazisində həyata keçirilən abadlıq, tikinti-quruculuq işləri haqqında məlumat verilib.

Azərbaycan prezidentinin təşəbbüsü ilə meydanda yaradılmış Dövlət Bayrağı Muzeyi ilə tanış olan M. Hüseynə burada nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

Ali qonaq muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Sonda Pakistan dövlət başçısına xatirə hədiyyələri təqdim edilib.

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv