Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Pakistan terrorunda İŞİD izi – Bombanı partladan “Cəmaatül Ahrar” barədə bilinməyənlər

160327120752-lahore-pakistan-blast-park-00000000-large-teaseYenicag.az “Timetürk”ə istinadən xəbər verir ki, Lahor terrorunu Pakistan Talibanına bağlı “Cəmaatül Ahrar” Qrupu törətdiyini bildirib.

“Cəmaatül Ahrar” Qrupu 2015-ci ildə Pakistan Talibanından müstəqil fəaliyyət göstərir.

Qeyd edək ki, Pakistan Talibanı Əfqanıstan Talibanından tamamən fərqli bir qrupdur və dəfələrlə əfqan Talibanı tərəfindən mülki vətəndaşlara qarşı törətdiyi terror əməliyyatlarına görə, tənqid edilib.

Pakistan Talibanının CIA və Hindistan kəşfiyyatı ilə əlbir olduğu və Pakistanda ortaq terror fəaliyyətləri həyata keçirdikləri də yayılan xəbərlər arasındadır.

Orta şərq üzrə mütəxəssis, jurnalist Furkan Azərinin fikrincə, Pakistan Talibanının, başqa adla desək, “Təhriki Taliban”ın lider qrupunun bir sıra önəmli şəxsləri İŞİD-ə beyət edib.

Yəni, burada da İŞİD faktoru özünü göstərməkdədir. Dolayısı ilə İŞİD İraq və Suriyadan sonra özünü təkcə Avropada deyil, Asiyada da göstərməkdədir.

Yenicag.az

www.yenicag.az

368