!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pakistanda dağdan yıxılan alpinist ÖLDÜ - FOTO

!Reklam – Yazi

Yaponiyalı alpinist Şinji Tamura Pakistanın Gilgit-Baltistan bölgəsində yüksək zirvəyə qalxarkən ölüb.

Yenicag.az xəbər verir ki, bununla bağlı Pakistan Alpinizm Klubunun katibi Karrar Haidri məlumat yayıb.

Yapon alpinist Şinji Tamuranın Andak vadisində indiyədək heç vaxt dırmaşılmayan zirvəyə qalxarkən 5380 metr hündürlükdən yıxılaraq həlak olduğunu bildirən Haydri, digər alpinist Semba Takayasunun da yaralandığını qeyd edib.

Haydri yapon alpinistin bəzi əşyalarının müəyyən edildiyini, lakin onun cəsədini tapa bilmədiklərini bildirib.

Sadiq Cavadov

www.yenicag.az

244
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv