!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pakistanda daşqın: Yüzlərlə insan HƏLAK OLDU

!Reklam – Yazi

Pakistanda son bir neçə gündə güclü daşqınlar nəticəsində 330-dan çox insan ölüb, yüzlərlə insan yaralanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Pakistanın “Business Recorder” nəşri məlumat yayıb.

Pakistanın Fövqəladə Hallar üzrə Milli İdarəsi ölkədə təkcə ötən gün azı 35 nəfərin həyatını itirdiyini bildirib.

Nəticədə ölənlərin ümumi sayı 337-yə çatıb.

Təbii fəlakət 8,6 mindən çox evə ziyan vurub, onlardan təxminən 3,3 mini tamamilə dağılıb. Yüzlərlə insan evsiz qalıb. Bundan başqa, 50 körpünü sel aparıb, daşqınlar ümumi uzunluğu 650 kilometr olan yolları sıradan çıxarıb.

Təbii fəlakətdən ən çox Bəlucistan əyaləti zərər çəkib. Burada 104 nəfər ölüb, 60-dan çox insan isə yaralanıb.

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv