!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Pakistanda DƏHŞƏT - İki sərnişin qatarı toqquşdu - 33 nəfər vəfat etdi / VİDEO 

Pakistanın cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində ən az 33 nəfər ölüb.

Yenicag.az-ın məlumatına görə, bu barədə “Associated Press” agentliyi yerli polis və xilasetmə briqadalarına istinadən bildirib.

Məlumata əsasən, hadisə Sind vilayətinin Qotki şəhərinin ərazisində baş verib. Qatarlardan biri relsdən çıxdı, bundan sonra ikinci sərnişin qatarının üstünə çırpılıb.

Hadisənin baş vermə səbəbləri barədə təfərrüatlar verilməyib.

Yerli hakimiyyət orqanının təmsilçisi Usman Abdulla qəza zamanı azı 30 nəfərin öldüyünü təsdiqləyib. O, qeyd edib ki, daha bir neçə nəfər vaqonların dağıntıları altında qalıb.

TV9 Hindi telekanalı isə qəza zamanı 33 nəfərin həlak olduğunu, daha 50 nəfərin isə  xəsarət aldığını bildirib.

Hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Qatarların toqquşmasından sonra bu ərazidə qatarların hərəkəti dayandırılıb.

www.yenicag.az

185
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100