Pakistanda hərbi helikopter qəzaya uğradı

Pakistanın şimal-qərbindəki Kvetta şəhərində hərbi helikopter qəzaya uğrayıb.

Yenicag.az-ın məlumatına görə, qəza nəticəsində azı 6 nəfər xəsarət alıb.

Qeyd olunur ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib və onlarına həyatı üçün təhlükə yoxdur.

Hadisənin baş vermə səbəbləri məlum deyil. Hazırda qəza ilə bağlı araşdırma aparılır.