!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pakistanda nəşr edilən kitabın tərtibatı azərbaycanlı dizaynerə həvalə olundu - FOTO

!Reklam – Yazi

Martın 9-da Azərbaycan Dillər Universitetində Pakistan Səfirliyinin təşkilatçılığı ilə “Pakistan-Azərbaycan əlaqələri, şəkilli səyahət” adlı kitabının təqdimat mərasimi təşkil keçirilib. Kitabda iki ölkə arasında dərin köklü və çoxşaxəli münasibətlərin təcəssümü əsrarəngiz fotolarda öz əksini tapıb.

Yenicag.az xəbər verir ki, tədbirdə qonaqları salamlayan Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Pakistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələr haqqında fikirlərini bölüşüb. Səfir Bilal Hayi kitabın konsepsiyasının çox önəmli olduğunu dilə gətirib. Səfir bildirib ki, bu kitab Pakistanın Azərbaycanla əlaqələrinin son 30 ildə inkişafından bəhs edir. Səfir Azərbaycanın müstəqilliyinin ilk illərində dostluğun təməlinin qoyulmasında hər iki ölkə rəhbərliyinin rolunu xüsusi qeyd edib.

Kitabın dizayner-tərtibatçısı Leyla Babazadə çıxış edərək Pakistan- Azərbaycan əlaqələrini tarixindən söz açıb. Tərtibatçı bildirib ki, Pakistan – Azərbaycan əlaqələrinin tarixi kökləri var.

” Pakistan – Azərbaycan əlaqələrinin tarixi kökləri məni bu kitabın dizayn, tərtibat işini daha məsuliyyətlə yerinə yetirməyə sövq etdi. ” -deyə Leyla Bababzadə bildirib.

www.yenicag.az

256
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv