!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Palata sədri: "Xüsusi nəzarət tədbirinin nəticələri artıq yekunlaşıb"

!Reklam – Yazi

“Milli Məclisdə təqdim etdiyimiz hesabatlardan biri fəaliyyət hesabatında 2023-cü ildə elan olunmuş Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlərdir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Hesablama Palatasının 2023-cü ildə görülən işləri və qarşıda duran hədəflərinə dair keçirilən mətbuat konfransında palatanın sədri Vüqar Gülməmmədov media nümayəndələrinin suallarını cavablayarkən deyib.

Onun sözlərinə görə, bu, qurumun əvvəlki illərdə fəaliyyətilə bağlı ilk addımlardan hesab oluna bilər:

“Bu, dayanıqlı inkişaf məqsədləri əsasında apardığımız auditlərin nəticələridir. Bu bizim əvvəlki illərdə fəaliyyətimizlə bağlı ilk addımlardan hesab oluna bilər.

Hazırda 2024-cü il planına əsasən, Naxçıvan Muxtar Respublikasında 8 nəzarət planının aparılması planlaşdırılır. Xüsusi nəzarət tədbirinin nəticələri artıq yekunlaşıb. Daha ikisi növbəti həftədən etibarən başlanacaq. Məqsədimiz 2023-cü ildə Naxçıvan Muxtar Respublikasında dövlət vəsaitindən istifadədə qurumların məsuliyyətinin artırılması, maliyyə hesabatlılığının dəqiqləşməsi və yüksəldilməsindən ibarətdir”.

İsmayıl Bakuvi

www.yenicag.az

170
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv