!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Palçıqda batan YENİ MASSİV - Qurumların ayrı-seçkiliyindən təngə gələn sakinlərin ÜSYANI - ŞİKAYƏT / VİDEO

!Reklam – Yazi

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki yeni məhəllənin sakinlərinin illərdir yol problemi öz həllini tapmır.

Yenicag.az-a qəsəbə sakinlərinin verdiyi məlumata görə, artıq 20 idir ki, onların yolları kənd yollarından da geri qalır.

Belə ki, Sabuncu rayonu, Kürdəxanı qəsəbəsi, Accopenlə üzbəüz yeni yaşayış massivində asfalt yoxdur.

Yayda toz-torpaqdan, qışda isə palçıqdan sakinlər işgəncə çəkir. Sakinlər bildirir ki, dayanacağa qaloş və salafanla gedirlər. Məhəllələr palçıq və bataqlıq içərisindədir. Kürdəxanı sakinləri onların yol probleminin həll olunmamasını ayrıseçkilik kimi qiymətləndirirlər. Belə ki, qəsəbənin yol probleminin həll edilməsi üçün dövlət büdcəsindən vəsait də ayrılıb, ancaq qurumlar o pulu yoxa çıxarıblar.

Yeri gəlmişkən, Birinci vitse-prezident Mehriban Əliyeva 2020-ci ildə Kürdəxanıya səfər edib. Səfər zamanı tapşırıq verib ki, qəsəbənin yolları öz həllini tapsın. Məsələ ondadır ki, qurumlar vitse-prezidentin tapşırığına belə məhəl qoymurlar.

Yeni massivdə yaşayan sakinlərin yol probleminin həlli üçün müraciət etmədikləri qurumlar qalmayıb. Ancaq heç bir qurum onların şikayətinə cavab belə vermir.

Qəsəbənin yollarının foto və videolarını sizə təqdim edirik:

www.yenicag.az

1053
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv