!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pambığın alış qiyməti artsa da, mənfəətlilik azalacaq - EKSPERT RƏYİ

!Reklam – Yazi

Kənd təsərrüfatı naziri İnam Kərimov pambıqçılıqla bağlı keçirilən müşavirədə bildirib ki, 2022-ci il məhsul yığımı mövsümündə şirkətlər pambığın hər tonunu sortundan asılı olaraq fermerlərdən 650-750 manata alacaqlar. Belə ki, Azərbaycanda xam pambığın fermerlərdən alış qiyməti 50 manat artırılacaq.

Yenicag.az xəbər verir ki, bu artımla bağlı iqtisadçı Rövşən Ağayev öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, nəzərdə tutulan qiymət artımı pambıq əkinlərinin mənfəətinə mənfi təsir göstərəcək:

“Yeni qiymət hər ton xam pambıq üçün 750 manat müəyyən edilib. Başqa xərclərdəki artımları isə demirəm. Bu xərclərə işçi qüvvəsi, texnika ilə becərmə və s. daxildir. Son bir ildə gübrələrin qiymətində baş verən az qala 50 faizlik artım müqabilində, hər halda, 7 faiz çox yüksək artım deyil. Son 2 ildə dünya bazarında da pambığın qiymətləri davamlı olaraq artıb. Hazırda hər ton pambığın ixrac qimyəti 2600 dollardan yüksəkdir. Bu qiymət 2020-ci ilin mart ayına nisbətən 35 faiz yüksəkdir.

Hökumət də əlavə olaraq hər ton pambığa 170 manat subsidiya ödəyir. Nəticə etibarilə subsidiya nəzərə alınmaqla hər ton pambığın fermer üçün satış qiyməti 920 manata təşkil edəcək. Fermerlərə təklif olunan 7 faizlik qiymət artımı müqabilində becərmə xərclərinin çox yüksək artım tempi pambıq əkinlərinin aşağı olan mənfəətliliyini daha da azaldacaq”.

Gülşən Şərif

www.yenicag.az

451
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv