!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pandemiya dövrü başa çatır: "COVID-19 artıq “qorxulu həqiqət” deyil"

!Reklam – Yazi

“Yoluxma hətta 5-6 rəqəmli olsa belə, karantin tədbirlərinə gedilməməlidir”.

Yenicag.az xəbər verir ki, bunu son günlər koronavirusa yoluxma sayının getdikcə artmasına münasibət bildirən tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

Professor qeyd edib ki, mövcud vəziyyətdə yoluxma hətta 5-6 rəqəmli olsa belə, bunun xüsusi narahatlığa səbəb olan elmi əsası yoxdur:

“Çünki bu artımın hər hansısa ştamının fəallaşması ilə mütləq əlaqə və birbaşa bağlılığı yoxdur. Təbii qanunauyğunluğa görə, hər bir insan il ərzində 2-3, bütün ömrü boyu isə 200-220 dəfə müxtəlif viral infeksiyaya yoluxur. Sadəcə əvvəllər adi soyuqlama kimi dəyərləndirilən hal hazırda 1/4 nisbətində Omikron ştamı kimi təsdiqlənir. Odur ki, viral infeksiyaların hazırda müşahidə olunan kəskin artmına görə qorxuya düşmək əsassızdır. Bu gün kütləviləşən boğazda ağrı, burunda tutqunluq, kəskin öskürək və temperaturun subfebril, nadir hallarda febril göstəriciyə yüksəlməsi ilə müşahidə olunan klinik vəziyyətin aktiv davametmə müddəti 5-7 gündür. Bundan sonra hətta bir müddət öskürək və burun axması əlamətləri saxlanıla da bilər.

Bir neçə ay bundan əvvəl, dekabr-yanvar ayında yoluxmanın kəskin artacağı, lakin virusun aktiv virulentliyinin 7 gündən artıq davam etməyəcəyini bildirmişdim. Mən bunu pandemiyaların fəsli infeksiyaya çevrilməsi dövrünə təsadüf etməsilə əsaslandırmışdım. ÜST-ün karantin müddətini 7 günə endirməsi zamanında söylədiklərimin doğruluğunu təsdiq edir. Yəni, COVID-19 pandemiyası artıq başa çatır. Odur ki, kimin nə deməsi və nə yazmasından asılı olmayaraq, COVID-19 artıq “qorxulu həqiqət” deyil. Hazırda hər birimizin ailəsinin qonağı olan bu viral infeksiya, hətta Omikron adlandırılsa da belə, yalnız fəallığı yüksəlmiş adi fəsli infeksiyalardan biridir. Məlum artım qışla yazın fəsli növbələşmə tarixinə qədər davam edəcəkdir. Yoluxma hətta 5-6 rəqəmli olsa belə, bu, heç bir qorxulu haldan xəbər vermir və bəzilərinin arzusu olan karantin tədbirlərinə gedilməməlidir”.

Gülşən Şərif

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv