Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Pandemiyanın çökdürdüyü TURİZM: "Ölkəyə səfər edən şəxslərə əlavə güzəştlər tətbiq olunmalıdır" - DEPUTAT

“AZAL-ın bütün sərnişinlərdən uçuşdan öncə tələb olunan koronavirus neqativ PCR testi haqqında çap edilmiş arayışın müddətinin 48 deyil, 72 saat müəyyənləşdirilməsi daha məqəsədəuyğundur”.

Yenicag.az xəbər verir ki, bunu koronavirus pandemiyasının Azərbaycanın turizm sektoruna mümkün təsirlərini dəyərləndirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, yay turizm mövsümünün yaxınlaşması fonunda ölkəmizə səfərlə bağlı qaydaların mərhələli şəkildə yumşaldılması məqsədəuyğun olar:

“Pandemiyayadək turzim sektorunda Gürcüstan Azərbaycanın ən vacib tərəfdaşlarından idi. 2019-cu ildə Gürcüstandan Azərbaycana 725 min nəfər gəlib. Bu, ölkəmizə Rusiyadan gələnlərdən sonra say baxımdan ikinci ən böyük göstərici idi. Həmin il xaricə gedən 5 milyon 567 min azərbaycanlı turistin 28,9%-i Gürcüstana səfər edib. Bu isə o deməkdir ki, 1 milyon 926 min vətəndaşımız il ərzində Gürcüstana gedib. Lakin pandemiya səbəbindən bu ilin dörd ayında Gürcüstandan gələnlərin sayı 8,6 dəfə azalıb. Həmin dövrdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı da 5,8 dəfə azalıb. Göründüyü kimi, pandemiya turist səfərlərinin kəskin azalmasına səbəb olub”.

Vüqar Bayramov qeyd edib ki, yoluxma sayının lokallaşdırıldığı ölkələrdən müddətli neqativ test nəticəsinə malik olan əcnəbilərin də ölkəmizə səfərinə icazə verilməlidir:

“Mövcud qaydalara əsasən, ölkəyə yalnız bizdə akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, ölkəmizdə işləmək, müvəqqəti və ya daimi yaşamaq icazəsi olan xaricilər və ali təhsil müəssisələrimizdə təhsil alan əcnəbi tələbələr gələ bilər. Bu baxımdan ölkəmizə səfər edən şəxslərlə bağlı əlavə güzəştlərin tətbiq olunması daha yaxşı olar”.

Gülşən Şərif

www.yenicag.az

228
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100