!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Papa Fransisk ənənəvi “Angelus” duasını yenə videobağlantı ilə etdi

!Reklam – Yazi

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ənənəvi “Angelus” duasını yenə iqamətgahının Müqəddəs Pyotr meydanına baxan pəncərəsindən deyil, ofisində kameralar qarşısında edib.

Yenicag.az xəbər verir ki, Santa Martadakı iqamətgahından meydana toplaşan insanlara videobağlantı vasitəsilə müraciət edən Papa Fransisk səhhəti ilə əlaqədar duanı tam oxuya bilməyəcəyini deyib.

“Əziz bacılar və qardaşlar, mən bu gün də duanı tam oxuya bilməyəcəyəm. Səhhətim yaxşılaşır, lakin hələ də danışmaqda çətinlik çəkirəm”, – deyə katoliklərin ruhani lideri qeyd edib.

Roma Papasının müraciətini Müqəddəs Taxt-tacın dövlət katibliyinin nümayəndəsi monsenyor Paolo Braida oxuyub.

Papa Fransisk Yaxın Şərqdəki ciddi vəziyyətlə bağlı dərin kədərini ifadə edib, atəşkəs razılaşmasının dərhal bərpasına ümidvar olduğunu və Qəzzaya daha çox humanitar yardımın çatdırılmasının vacibliyini bildirib.

Qeyd edək ki, 86 pontifik səhhəti ilə əlaqədar ötən həftə də Müqəddəs Pyotr meydanına toplaşan insanlara videobağlantı ilə müraciət etmişdi./Azertag/

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv