!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parisdə baş verən partlayışda yaralananların sayı 50-yə çatdı

!Reklam – Yazi

Parisin mərkəzində baş verən partlayış nəticəsində yaralananların sayı 50 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə Fransa paytaxtının prokurorluğu xəbər yayıb.

Bildirilir ki, onlardan altısının vəziyyəti çox ağırdır. Daha bir nəfər itkin düşüb, onun dağıntılar altında qala biləcəyi ehtimal olunur.

Bundan əvvəl Fransa Daxili İşlər Nazirliyi Parisin mərkəzində baş vermiş partlayış nəticəsində 33-ü ağır, daha dörd nəfəri kritik olmaqla 37 nəfərin yaralandığı barədə məlumat vermişdi.
Xatırladaq ki, iyunun 21-də Parisin 5-ci rayonundakı Sen-Jak küçəsindəki evdə partlayış baş verib. İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.

Mənbə: Gazeta.ru

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv