!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parisdə uydurulan Azərbaycanın müharibə “HAZIRLIĞI”: “İrəvanın üzərinə götürdüyü öhdəlikləri...”

!Reklam – Yazi

“Azərbaycanın müharibəyə hazırlaşdığına dair iddialar yalnız Ermənistan və dəstəkçiləri tərəfindən ortaya atılan boş cəfəngiyatdır”.

Bu fikirləri Azərbaycanla Ermənistan arasında yeni müharibənin başlayacağı haqda iddiaların artması haqda danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın gündəliyində müharibə mövzusu heç vaxt aktual olmayıb:

“Ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın heç bir halda yeni müharibəyə başlamaq niyyəti olmayıb. Bunun əksinə olaraq, Fransa və Hindistandan Ermənistana intensiv qaydada müxtəlif silahlar göndərilir.

Yəni hazırda Azərbaycanın müharibəyə hazırlaşdığına dair iddialar yalnız Ermənistan və dəstəkçiləri tərəfindən ortaya atılan boş cəfəngiyatdır. Silah tədürükünün edildiyi bir vaxtda İrəvanın dörd ildir, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi gərginliyi artırır.

Müharibənin yenidən alovlanacağı haqda ortaya atılan iddialar məhz Ermənistanın Zəngəzur dəhlizini açmamaq, Azərbaycanın işğal altındakı kəndlərini geri qaytarmamaq, delimitasiya və demarkasiya prosesi, həmçinin sülh sazişinin imzalanması prosesini süni şəkildə uzatmaq məqsədindən qaynaqlanır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv