!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parisdən HİCAB QADAĞASI: “Artıq Fransa faşist siyasətinin pik nöqtəyə çatdığı ölkədir”

!Reklam – Yazi

“Bu gün Fransada ölkədaxili vəziyyətin kifayət qədər kritik və ciddi olduğunu unutmaq olmaz. Səbəb isə məhz heç bir kəsin qəbul edə bilməyəcəyi siyasətin, kəskin siyasi mövqelərin nəticəsidir”.

Bunu xüsusilə müsəlmanlara qarşı ayrıseçkiliyi ilə seçilən Fransanın, yaxın zamanlarda dini geyimlərə qadağa ilə bağlı çıxaracağı yeni qərar haqda fikirlərini səsləndirən politoloq Tural İsmayılov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Fransa bu gün radikal sağçılığın və faşist siyasətin üst nöqtəyə çatdığı ölkələrdən biri halına gəlib:

“Avropanın müasir ölkəsi sayılan Fransanın həyata keçirdiyi bu siyasət qəbuledilməzdir. Bu gün Avropada ifrat dərəcədə sağçılıq ideyalarının kulminasyon və üst nöqtədə dayandığı ölkələrin başında məhz Fransa dayanır. Hazırda Fransanın İslam dininə qarşı həyata keçirdiyi siyasət uzun illərdir davam edən islamafobik yanaşmanın gösətiricilərindən biridir.

Fransada həm Makron hakimiyyəti, həm də ona müxalif olan digərləri birmənalı şəkildə miqrantlara, müsəlmanlara qarşı kəskin mövqedə dayanan siyasi qüvvələrdir. Bu gün Fransada ölkədaxili vəziyyətin kifayət qədər kritik və ciddi olduğunu unutmaq olmaz. Səbəb isə məhz heç bir kəsin qəbul edə bilməyəcəyi siyasətin, kəskin siyasi mövqelərin nəticəsidir.

Fransa Avropada birmənalı şəkildə radikal sağçılığın, neo-faşizm düşüncəsinin ideoloji olaraq dirçəlməsinə xidmət edir. Fransız cəmiyyətində baş qaldıran ifrat sağçılıq elementləri Avropanın digər kluarlarındakı siyasi institutlarda da qəbuledilməz irqçi və rasist yanaşmanın bərpa edilməsi və güclənməsinə səbəb olur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv