!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parisin İrəvan üçün TƏHRİKÇİ “RESEPTLƏRİ”: “Paşinyan daşnakların liderini ölkəyə buraxmadısa...”

!Reklam – Yazi

“Ermənistanın indiki hökuməti öz sələfləri ilə müqayisədə prosesləri düzgün qiymətləndirir”.

Bu fikirləri Fransanın Azərbaycanla Ermənistan arasında davam edən nizamlama prosesini pozmağa yönəlik addımlarını şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.Yusif Bağırzadənin sözlərinə görə, Fransanın Azərbaycan əleyhinə tərtib etdiyi planların heç biri baş tutmayacaq:

“Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına açıq şəkildə əngəl törədir. Digər tərəfdən, Fransa Ermənistanı silahlandıraraq onu müharibəyə hazırlaşdırır. Prezident İlham Əliyev də yerli telekanallara müsahibəsində açıq şəkildə bəyan etdi ki, əgər Ermənistan belə bir şeyə gedəcəksə, cavabı veriləcək.

Fransa və bəzi başqa dövlətlər beynəlxalq müstəvidə Azərbaycanla təhdid dili ilə danışmağa çalışırlar. Rəsmi Paris BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qərar qəbul etdirməyə 3 dəfə cəhd etdi. Aydın görünür ki, Fransa Azərbaycan-Ermənistan münasibətlərini gərginləşdirmək yolunu tutub.

Paşinyan əgər daşnakların liderini Ermənistana buraxmayaraq kilsənin rəhbərinin İctimai TV-də çıxışına da məhdudiyyət qoydusa, bu o deməkdir ki, hökumət öz sələfləri ilə müqayisədə prosesləri düzgün qiymətləndirir. Bu da onu göstərir ki, Ermənistan müharibə yox, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq variantını seçəcək”.

Səxavət Məmməd

www.yenicag.az

2193
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv