!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parisin "UZUN ÇÖMÇƏSİ": "Fransanın Azərbaycanın daxili işlərinə qarışmaq istəyi nəticəsiz qalacaq"

!Reklam – Yazi

“İstəyirlərsə, ölkənin bütün merlərini Azərbaycanla sərhədə göndərsinlər, ya da daha 5 TIR yollasınlar. Rəsmi Bakının geri addım atmayacağını unutmamalıdırlar”.

Bunu Fransanın Azərbaycanın daxili işlərinə qarışmaq istəməsi fonunda proseslərin necə olacağı ilə bağlı fikirlərini səsləndirən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Fransanın istər Xankəndidə, istərsə də humanitar məsələlərlə bağlı proseslərə reaksiyası qanunsuzdur və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır:

“Xankəndi və ətraf ərazilərdə, ümumiyyətlə, Qarabağda yaşayan ermənilərlə Azərbaycan arasındakı mövcud problemlər rəsmi Bakının daxili məsələsidir. Fransanın bu məsələlərlə bağlı reaksiyası Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik, Azərbaycanın daxili işlərinə qarışmaq deməkdir.

Paris beynəlxalq sistemdə bu davranışlarının xoş qarşılanmadığını anlamalıdır. Əgər özünü hegemon güc kimi hiss edib Azərbaycanla hədə tonunda danışa biləcəyini düşünürsə, ciddi şəkildə yanılır. Çünki hazırkı geosiyasi vəziyyətdə ölkələrin ərazi böyüklüyü bir o qədər də əhəmiyyət kəsb etmir.

Azərbaycan ən azı Fransa qədər siyasi və iqtisadi baxımdan güclü, dünyada sözünü deyə bilən bir ölkədir. İstəyirlərsə, ölkənin bütün merlərini Azərbaycanla sərhədə göndərsinlər, ya da daha 5 TIR yollasınlar. Rəsmi Bakının geri addım atmayacağını unutmamalıdırlar.

Fransa məsələni istədiyi qədər beynəlxalq tribunalara daşıya bilər. Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək addım atır. Verilən heç bir qərarda qanun pozuntusuna yol verilmir. Azərbaycanın erməniləri blokadada saxlaması, Qarabağda humanitar böhran yaratması ilə bağlı iddiaların heç bir sübutu yoxdur. Laçın sərhəd buraxılış məntəqəsindən bu gün bütün mülki ermənilər rahat şəkildə istifadə edə bilirlər. Əlavə olaraq, erməni əsilli vətəndaşlara Azərbaycan Qızıl Aypara Cəmiyyəti vasitəsilə Ağdam-Xankəndi yolu ilə 40 tona yaxın humanitar yardım göndərilib. Qəbul edib-etməyəcəkləri isə özlərinə qalıb.

Fransa bu gün Marsel limanını dünya üçün azad zona elan etmək istəmir. Öz daxili məsələsidir. Eynilə Laçın yolu kimi. Azərbaycan humanitar yüklərin daşınmasına qadağa qoymur. Yüklərin təklif etdiyi yoldan daşınmasını istəyir. Bir sözlə, Fransanın Azərbaycanın daxili işlərinə qarışmaq istəyi heç bir nəticə verməyəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

251
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv