!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parkinq qiymətində “DİBSİZ QUYU” PRİNSİPİ: “Elə bilirlər, sadə insanlar da onlar kimi rüşvət alıb...”

!Reklam – Yazi

“Onların qoyduğu parkinq qiyməti ilə ödəniş ayda 300-400 manat deməkdir”.

Bu fikirləri son zamanlar aktuallığı xeyli artan və sürücülərin ciddi narazılığına səbəb olan parkinq qiymətlərinin əsassız artırılmasına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.Partiya sədrinin sözlərinə görə, belə halların yaranmasının əsas səbəblərindən biri parlamentdəki millət vəkillərinin çoxunun xalqı narahat edən belə problemləri dilə gətirməmələridir:

“Millətin narahatlığı, vəziyyəti, nə düşündüyü elələrinin marağında deyil. Əslində isə onlar xalqın rahatlığı və rifahı üçün üçün əllərindən gələni etməlidirlər.

Son vaxtlar Bakıda özünü ən mənfi tərəfdən göstərən problemlərdən biri də parkinq və o xidmət üçün qiymətlərin hədsiz bahalaşmasıdır. Qiyməti artırmaqla, yol kənarında maşın saxlamaqla, məsələ həll olunmur.

Millətin fikirləri öyrənilməlidir, ictimai rəy nəzərə alınmalıdır. Xarici ölkələrin praktikasına əsaslanaraq, fərqli üsullar fikirləşmək lazımdır. Yeni tikilən obyektlərin altında geniş qarajlar inşa olunmalıdır.

Ancaq küçələri sata-sata elə hala qoyublar, heç insan yeriyə bilmir, o da qala maşın… Ancaq o məmurlar əraziləri satarkən yaranacaq problemləri də düşünməli idilər.

Bunlar problemləri həll etməkdənsə, parkinq qiymətini artırırlar. Onların qoyduğu parkinq qiyməti ilə ödəniş ayda 300-400 manat deməkdir. O qiyməti qoyanlar elə bilirlər ki, sadə insanlar da onlar kimi rüşvət alıb, pula-pul demirlər. Bu biabırçılığa son qoyulmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv