!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parkinq qiymətlərində güzəşt istənilən KATEQORİYALAR: “İşləyən vətəndaşlara və tələbələrə...”

!Reklam – Yazi

“Sarıjiletlilər”in park edilən maşınların sahiblərindən qeyri-qanuni pul yığımı ilə məşğul idilər”.

Bu fikirləri işləyən vətəndaşlara və tələbələrə parkinq qiymətlərində güzəşt edilməsinin vacibliyi haqda danışan Milli Məclisin deputatı Fəzail Ağamalı Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, “azparking” mobil tətbiqi bu sahədə özbaşnalıq hallarının qarşısının alınmasında mühüm rol oynayır:

“Mən Milli Məclisin ötən iclasındakı çıxışımda da bu məsələyə toxundum. Fikrimcə, “azparking”tətbiqinin istifadəyə verilməsi bu sahədə özünü göstərən hərc-mərcliyin, özbaşınalığın aradan qaldırılmasına doğru irəliyə atılmış mütərəqqi bir addımdır.

Müşahidələrim əsasında deyə bilərəm ki, bir çox sürücülər “azparking” tətbiqinin işindən məmnundurlar. Məsələ bundadır ki, vaxtilə “sarıjiletlilər” adlanan şəxslər park edilən maşınların sahiblərindən qeyri-qanuni pul yığımı ilə məşğul idilər.

O tətbiqin işi sayəsində belə hallar demək olar ki, artıq aradan qaldırılıb. İstəyimiz budur ki, iş yerinə gələn şəxslər, habelə ali təhsil almağa gələn tələbələr parkinq məsələsində güzəştli kateqoriyaya aid edilsin”.

İsmayıl Bakuvi

www.yenicag.az

228
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv