!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parklanmada yeni qaydaların İLK GÜNÜ necə yadda qaldı? - VİDEO

!Reklam – Yazi

Bu gündən parklanma ilə bağlı yeni bağlı qaydalar qüvvəyə minib.

Yenicag.az Xəzər TV-yə istinadən xəbər verir ki, ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir. Qaydalardan xəbəri olmayan sürücülərə “Nəqliyyat Könüllüləri” yardımçı olur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucovun sözlərinə görə, gün ərzində parklanma prosesi ilə bağlı ciddi problem qeydə alınmayıb. Evləri yaxınlıqda olanlar avtomobillərini pulsuz şəkildə park edə bilərlər.

Qeyd edək ki, şəhərin mərkəzi hissələrində 1 saatlıq müddət üçün parklanmanın tarifi 1 manat, 1 zonada 70, 2 zonada 40,3 zonada isə 30 qəpik müyyən edilib. İlk 15 dəqiqə, axşam saat 22:00-dan səhər saat 7-yə qədər, eləcə də həftənin bazar günləri parklanmaya görə ödəniş tələb edilmir. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır.

www.yenicag.az

287
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv