!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Parkovşik” problemi TARİXƏ QOVUŞUR: “Biri var pul şəxsi ciblərə gedə, biri də var…” - EKSPERT

!Reklam – Yazi

“Şəhərin mərkəz ilə ətrafını ayırmaqla və hər birinə uyğun müəyyən tariflər təyin etməklə avtomobillərin parklanmasını vətəndaşların rahatlığı üçün çox yaxşı addım hesab etmək olar”.

Bunu nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği ilə bağlı qərarı şərh edərkən nəqliyyat eksperti Rövşən Həsənov Yenicag.az-a açıqlamasında deyib.

O, yaxın gələcəkdə parklanma ödənişlərini icra etmək üçün mobil tətbiqlərin istifadəyə veriləcəyini bildirib:

“Nəqliyyat vasitələrinin parklanması istiqamətində atılan addımlar vətəndaşların rahatlığı və məmnuniyyəti üçün çox yaxşıdır. Yəqin ki, ilkin mərhələdə ödənişlər nağd yolla həyata keçiriləcək.

Tədricən isə parklanma ödənişlərini icra etmək üçün mobil tətbiqlər vətəndaşların istifadəsinə veriləcək.

Parklanma işini görən şəxslərə kimin nəzarət etdiyi və necə tənzimlənəcəyi ilə bağlı hələ ki, dəqiq bir məlumat yoxdur. Buna kim nəzarət edəcək? Polis, parkinqlərə nəzarət edən qurum, yoxsa kim?

Yəqin ki, Daxili İşlər Nazirliyi qanunsuz parklanma işi ilə məşğul olanlara qarşı mübarizə aparacaq.

Biri var pul dövlətin büdcəsinə daxil olsun, bir də var şəxsi ciblərə getsin. Bu nöqteyi-nəzərdən nəzarət artırılarsa, qeyri-qanuni parklanmalarla məşğul olan şəxslərin siyahıları azalarsa, bu həm bizim üçün rahat olar, həm də dövlətin büdcəsinə faydalı olar.

Ödənişin mərkəz və kənar yerlərə görə fərqli olması bir az tərəddüdlü məqamdır. Çünki bu, sui-istifadələrə yol aça bilər. Yəni vətəndaş avtomobilini park etdiyi yerin hansı təbəqəyə aid olduğunu müəyyən etməkdə çətinlik çəkə və ondan parklanmaya görə daha çox pul alına bilər. Ona görə də şəhərin mərkəz ilə ətrafını ayırmaq və hər birinə uyğun müəyyən tariflər təyin etmək lazımdır”.

Sadiq Cavadov

www.yenicag.az

300
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv