!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parlamentdə boş qalan YERLƏR: "Seçki keçirilməsi Azərbaycan üçün hava-su kimi lazımdır"

!Reklam – Yazi

“İctimai legitimliyi təmin etmək üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəmə gəlməli və bu Azərbaycan üçün hava-su kimi lazımdır”.

Bunu Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilmə ehtimalını şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.

Zəlimxan Məmmədli bildirib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi çox vacibdir:

“Qanuna uyğun olaraq təkrar seçkilər keçirilməlidir. 9 fevral Azərbaycan parlament tarixində bir qara gün kimi qalacaq. Parlament ona görə buraxıldı ki, guya orada yaşlılar əyləşmişdi, tükənmişlər idi. Düşünüldü ki, yeni enerji gələcək, demokratik seçki keçiriləcək. Bunlara mən də inandım və seçkidə iştirak etdim. Seçki çox bərbad halda keçdi. Əksər dairələrdə bu seçki olmayacaq qədər saxtakarlaşdırıldı və parlamentin saxta olması barədə ictimaiyyətdə rəy var. Beynəlxalq ictimai rəy də bu yöndədir, Azərbaycan xalqının rəyi də. Ona görə də, boş qalan dairələrdə çoxdan seçki keçirmək lazım idi. Artıq üzərindən iki il keçib. Ona görə də, ictimai legitimliyi təmin etmək üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəmə gəlməli və bu, Azərbaycan üçün hava-su kimi lazımdır.

Xalqın iradəsi parlamentə daşınmadıqca, parlamentin hökumət üzərində nəzarəti həyata keçmədikcə hər zaman axsaqlığımız olacaq. Ona görə də, növbədənkənar parlament seçkilərinə gedən yolun aranmasını istəyirəm. Partiya olaraq da mövqeyimiz bundan ibarətdir. Bizim ideya ortadadır, gündəmdədir və günü-gündən də aktuallaşır”.

Səxavət Məmməd

www.yenicag.az

883
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv